Vüsalə: "Arvadının nömrəsini qonşulara versəm, xoşuna gələr?"
23-02-2018, 17:09
Oxunub: 4 695
Tanınmış aparıcı Vüsalə Kərimovanın mobil nömrəsi icazəsiz olaraq yaşadığı binanın sakinləri ilə paylaşılıb
“Azərsu”nun Mahir adlı əməkdaşı su sayğacının kodunu rahat əldə etmək məqsədilə binada yaşayan insanların şəxsi nömrələrindən ibarət “Whatsapp” qrupu yaradıb
Aparıcının nömrəsini də həmin qrupa əlavə edib.
Kərimova bu barədə sosial media hesabında yazıb:
“O, çoxbilmişliyindən, özünə əziyyət vermək istəmədiyindən su sayğacının kodunu rahat əldə etmək məqsədilə binada yaşayan insanların şəxsi nömrələrindən ibarət “Whatsapp” qrupu yaradıb?! Belə şey görmüşdünüz? Adama deyərlər, sən kim olmusan ki, mənim nömrəmi 300 evlik binanın “Whatsapp” qrupuna yazırsan? Bu haqqı sənə kim verdi? Bunun mahiyyətini anlayırsan?”
V.Kərimova jurnalist və hüquqşünaslara səslənib:
“Siz bilərsiniz, bəlkə, bu su idarəsinin işçisi haqlıdır. Mənim nömrəmi paylamağa ixtiyarı var?”
Aparıcı daha sonra qeyd edib ki, Mahirin işdən azad olunması onu narahat etmir:
“O, mənim nömrəmi el-aləmə paylayanda narahat olmadığı kimi, mənim də vecimə deyil. Görəsən, Mahirin arvadının nömrəsini tapıb qonşulara versəm, bu qeyrət dağarcığının xoşuna gələr?”(Oxu.Az )
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər