Fazil Mustafa: Bu qədər orden və medallar nəyə lazımdır?
3-04-2018, 15:44
Oxunub: 4 070
Spiker Oqtay Əsədov isə deputatın fikirləri ilə razılaşmayıb və hər şeyi maddiyata bağlamağın düzgün olmadığını söyləyib
Parlamentin aprelin 3-də keçirilən plenar iclasında “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi geniş müzakirələrə səbəb olub.
Oxu.Az-ın xəbərinə görə, millət vəkili Fazil Mustafa ölkədə orden və medalların sayının çoxluğundan şikayətlənib:
“Nə qədər adamı orden və medallarla təltif etmək olar?! Bu məsələdə sovet düşüncə tərzindən uzaq olmaq lazımdır. Burada mükafatlandırmadan söhbət getməlidir. Kimin əməyi varsa, kimin yubileyidirsə, onu mükafatlandıraq, daha bu qədər orden və medallar nəyə lazımdır…”
Spiker Oqtay Əsədov isə deputatın fikirləri ilə razılaşmayıb və hər şeyi maddiyata bağlamağın düzgün olmadığını söyləyib:
“Hər bir məsələdə maddiyyatı önə çəkmək olmaz. Biz AXC-nin, Azərbaycan Parlamentinin 100 illiyi ilə də bağlı medal təsis etməyi nəzərdə tuturuq. Bunudamı etməyək, bunadamı etirazınız var? Bu, düzgün deyil”.
Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, millət vəkili Cavid Qurbanov və birinci vitse-spiker Ziyafət Əsgərov da F. Mustafanın yanaşmasının düzgün olmadığını, bu cür orden və medallara ehtiyac olduğunu, bununla insanların əməyinin, fəaliyyətinin qiymətləndirildiyini iddia ediblər.
S. Novruzovun fikrincə, bu, insanlara dövlətin, hökumətin diqqətidir və belə də qiymətləndirilməlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər