BolgeXeber.Com » Ölkə » Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

12-04-2018, 09:41
Oxunub: 3 201 Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıbRespublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 79 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 12, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.