BolgeXeber.Com » Ölkə » Prezident onlara etimad göstərdi - Nazirlər Kabinetinin yeni üzvləri
Prezident onlara etimad göstərdi - Nazirlər Kabinetinin yeni üzvləri
24-04-2018, 12:22
Oxunub: 3 910
Nazirlər Kabinetinin yeni tərkibi artıq məlumdur
İqtidar komandasında bir sıra yeni simaları görmək olar. Ölkə başçısının sərəncamı ilə bəzi nazirlik və komitələrə yeni rəhbərlər təyin olunub. Yeni heyətdə daha çox peşəkar və gənc kadrlara üstünlük verilib. Əvvəlki komandada olan bəzi rəhbər şəxslər isə tutduqları vəzifələrdən kənarlaşdırılıb.
Belə ki, baş nazirin müavinləri Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov vəzifələrindən azad olunub. Əvəzində Hacıbala Abutalıbov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.
Nazirlərdən isə Səlim Müslümov, Heydər Əsədov, Hüseynqulu Bağırov yeni komandada yer almayıb. Onların əvəzinə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Kənd təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təyin edilib. Təhsil nazirinin boş qalan yerinə isə Ceyhun Bayramova gətirilib. O, bundan əvvəl təhsil nazirinin müavini işləyib.
Komitə sədrlərindən Nazim İbrahimov, Əli Həsənov və Aydın Əliyev vəzifədən gedib. Prezidentin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri isə Samir Nuriyev olub.
Yeni yaradılan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədriliyi Fuad Nağıyeva həvalə edilib. Milli Məclisin deputatı Vüsal Hüseynov Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.
Ümumilikdə Azərbaycan 4 yeni nazir, 4 komitə sədri, 1 xidmət rəisi və 1 agentlik rəhbəri dəyişib./azvision.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər