Bakı sakinləri boğulurlar - GİLEY
5-05-2018, 14:39
Oxunub: 3 976
Sosial şəbəkələrdə paytaxtın Qara Qarayev, Xalqlar Dostluğu, Əhmədli, Neftçilər, Bakıxanov kimi ərazilərində ötən gün axşam saatlarında havanın çox ağır olduğu barədə məlumat yayılıb
Bəzi istifadəçilər ürək bulanmasından və baş ağrısından şikayətləniblər.
Onlardan bəziləri bunun yeni qaz xəttinin çəkilişi ilə əlaqədar olduğunu, digərləri havanın çirklənməsi ilə əlaqələndiriblər. Bəzi istifadəçilər bunun hətta “kimyəvi hücum” olduğunu yazıblar.
İstifadəçilər evlərin qapı və pəncərələrini bağlamağa çağırıblar.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Oxu.Az-a açıqlamasında bildirib ki, quruma bununla bağlı heç bir şikayət daxil olmayıb:
“Sakinlər aidiyyəti üzrə müraciət etsinlər. Bundan sonra həmin əraziyə əməkdaşlarımız göndəriləcək və məsələ yerində araşdırılacaq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər