BolgeXeber.Com » Ölkə » Tərtərdə Aprel hadisələri zamanı zərər çəkmiş daha bir məktəb əsaslı təmirdən sonra istifadəyə verildi-FOTO
Tərtərdə Aprel hadisələri zamanı zərər çəkmiş daha bir məktəb əsaslı təmirdən sonra istifadəyə verildi-FOTO
2-06-2018, 11:25
Oxunub: 10 963
Rafiq Nuriyev adına Tərtər şəhər 6 saylı tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub
Tədris ocağı müasir tələblər səviyyəsində yenidən qurulub, zəruri məktəb avadanlıqları və mebel dəstləri ilə təchiz olunaraq istifadəyə verilib.
Bu münasibətlə keçirilən açılış mərasimində Təhsil Nazirliyinin, ictimaiyyətin nümayəndələri, ziyalılar, valideynlər iştirak ediblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev tədbirlərdə çıxış edərək, müəllim, şagird və valideynləri təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.
Məlumat verilib ki, bu il Təhsil Nazirliyinin xətti ilə Seydimli kənd tam orta məktəbi əsaslı təmir olunub, Bayandur kəndində modul tipli ibtidai məktəb, Poladlı kəndində isə modul tipli əsas məktəb tikilib istifadəyə verilib. Hazırda Kovdadıq kəndində modul tipli 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta məktəblərin tikintisinə başlanıb. Qaradağlı kənd tam orta məktəbi Yaponiya səfirliyinin xətti ilə əsaslı təmir olunur.
Bildirilib ki, 2016-cı il aprel hadisələri zamanı erməni silahlı birləşmələrinin atəşi nəticəsində dağıntıya məruz qalmış 140 şagird yerlik Qazyan kənd ümumi orta və 640 şagird yerlik şəhər 6 nömrəli tam orta məktəbləri dövlət başçısının Sərəncamına əsasən əsaslı təmir olunub. 6 nömrəli tam orta məktəbdə fənn kabinələri, kimya-biologiya və fizika laboratoriyaları, idman və akt zalları, kitabxana, bufet, kompüter, tibb, hərbi və xidməti otaqlar, emalatxana yaradılıb.
Təhsil ocağı müasir inventar və avadanlıqlarla təmin olunub.
Açılış mərasimlərində çıxış edən məktəbin direktoru Azad Abbasov, “Əməkdar” müəllim Mulayim Məmmədova, valdeyinlərdən Gülnarə Abdullayeva, VII sinif şagirdi Lalə Bayramlı təhsilə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonda mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.
Bolgexeber.com






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər