Azərbaycanda Baş Probasiya məmuru vəzifəsi yaradılır - Dəyişiklik
27-06-2018, 14:31
Oxunub: 3 385
Cəzaların İcrası Məcəlləsinə və müvafiq digər sənədlərə əlavələr təklif edilir.
APA-nın məlumatına görə, təklif olunan layihəyə əsasən, Azərbaycan Respublikasının Baş Probasiya (məhkumlara nəzarət) məmuru vəzifəsi təsis edilir. Müvafiq olaraq, yerlərdə Probasiya Xidməti məmurları vəzifəsi fəaliyyətə başlayır.
Layihədə bildirilir ki, Probasiya Xidmətinin məmuru Cəzaların İcrası və İnzibati Xətalar məcəllələri ilə müəyyənləşdirilən vəzifələrlə, yanaşı aşağıdakı vəzifələri də yerinə yetirir:
- icraata daxil olmuş sənədlərin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür;
- üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərə və onların nümayəndələrinə iş materialları ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır;
- üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərin müraciətlərinə baxır və müvafiq tədbirlər görür;
- probasiya xidməti və ya qurumun rəhbərinin göstərişlərini yerinə yetirir.
Layihə Milli Məclisin iyulun 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Milli Məclisdə ötən ilin sonunda qanunvericiliyi edilən əlavələrlə cəza çəkən məhkumlara yeni nəzarət sistemi – Probasiya sistemi yaradılıb. Bu nəzarət – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu maddədə göstərilən (göstəriləcək) digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər