BolgeXeber.Com » Ölkə » Cinayətdə şübhəli bilinən 39 nəfər həbs edildi - DİN-dən açıqlama

Cinayətdə şübhəli bilinən 39 nəfər həbs edildi - DİN-dən açıqlama

9-07-2018, 11:32
Oxunub: 2 716 Cinayətdə şübhəli bilinən 39 nəfər həbs edildi - DİN-dən açıqlamaDaxili İşlər Nazirliyi iyulun 7-də və 9-da baş verən cinayət və hadisələr haqqında rəsmi açıqlama yayıb.

Bolgexeber.com xəbər verir ki, iki gün 175 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.