BolgeXeber.Com » Ölkə » “Mən heç bir izahatı qəbul etmirəm” – Prezident Mingəçevirdəki qəzadan danışdı
“Mən heç bir izahatı qəbul etmirəm” – Prezident Mingəçevirdəki qəzadan danışdı
10-07-2018, 10:32
Oxunub: 3 412
“Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var”
Bolgexeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirib..
Prezident lokal qəzanın ümumi sistemin çökməsinə gətirib çıxarmasının heç cür izahatı olmadığını söyləyib:
“Mən heç bir izahatı da qəbul etmirəm. Bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək. İlkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb”.
Bu qəzanın çox ciddi bir siqnal olduğunu deyən İ.Əliyev sözlərinə əlavə edib ki, hazırda enerji sistemimizdə struktur islahatları ilə bağlı işlər aparılır:
“Artıq göstəriş verilib, həm Bakıda, həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi təmin ediləcək. Vaxtilə, sovet dönəmində tikilmiş enerji təsərrüfatının müasirləşdirilməsi üçün əlavə vəsait ayrılır. Biz vəsaiti ayırırıq, amma əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin və elə bir sistem qurulsun ki, enerji dayanıqlılığı təmin olunsun”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər