BolgeXeber.Com » Ölkə » Azərbaycanda kişi toy gecəsi həyat yoldaşını boğaraq öldürdü - TƏFƏRRÜAT
Azərbaycanda kişi toy gecəsi həyat yoldaşını boğaraq öldürdü - TƏFƏRRÜAT
27-08-2018, 15:02
Oxunub: 4 464
Gəncə Apellyasiya Məhkəməsində arvadını qısqanclıq zəminində öldürən şəxsin məhkəməsi başlayıb.
Bolgexeber.com ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə məhkum olunan Həsənov Ramil Rafiq oğlunun məhkəmə prosesinə hakim Teyyub Muxtarov sədrlik edəcək.
Ötən ilin sentyabr ayında Daşkəsən rayonun Bayan kəndində 1984-cü il təvəllüdlü Həsənov Ramil Rafiq oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əzizova Könül Hafiz qızını boğaraq öldürüb.
Rayonun Bayan kəndindən verilən məlumata görə, Ramil Həsənov həyat yoldaşını yaxın qohumunun toy gecəsi qətlə yetirib.
"Onlar evlənəndən sonra Bakıda yaşayırlar. Neçə vaxt idi Könül kənddə idi. Könülün əmisi oğlunun toyu idi. Toydan bir gün əvvəl də Ramil kəndə gəlib. Toy başa çatandan sonra bunlar öz evlərinə gedib. Deyilənə görə, toydan sonra gecə aralarında mübahisə olub və Ramil Könülü öldürüb. Ondan sonra da gedib polisə təslim olub. Deyib ki, arvadımı öldürmüşəm".
Kənd sakinləri deyir ki, Ramil Həsənovun səhhətində heç bir problem olmayıb: "Sağlam adamdır. Bir oğlan övladı da var".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər