BolgeXeber.Com » Ölkə » Prezident İsmayıllı İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Prezident İsmayıllı İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

27-08-2018, 17:45
Oxunub: 2 282 Prezident İsmayıllı İcra Hakimiyyətinə 3 milyon manat ayırıbPrezident İlham Əliyev İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncama əsasən, İsmayıllı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.