Lerikdə gənclər niyə boğuldular? – VERSİYALAR
28-08-2018, 16:55
Oxunub: 5 138
Bir neçə saat əvvəl Lerik rayonunun “Hacı şəlaləsi”ndə iki azərbaycanlı oğlanın batması ilə bağlı dəhşətli kadrlar yayılıb.
Oxu.Az-ın məlumatına görə, videodan görünür ki, fiziki hazırlıqlı gənc suya atılır və tez-tez üzməyə başlayır.
Ancaq bu, onda alınmır. Əlləri ilə hərəkət edən oğlan yalnız 1-2 metr üzməyə nail olur. Oğlan bütün gücü ilə yerdən özünü itələməyə çalışır ki, başı suyun üzündə qalsın. Ancaq bütün bunlar əbəsdir.
Baş verənləri görən oğlanın dostu ona kömək üçün özünü suya atır. Ancaq o, da analoji halla qarşılaşır. Hər iki şəxsin cəsədi hadisədən bir neçə saat sonra xilasedicilər tərəfindən sudan çıxarılır.
Orada nə baş verdi? Üzməyi bacaran gənclər nəyə görə suda bir neçə metr hərəkət edə bilmədilər?
İş burasındadır ki, yüksəklikdən suyun axdığı yerdə (bizim vəziyyətdə çox da hündür olmayan şəlalədən – red.) qeyri-bərabər torpaq qatı və burulğan yaranır.
Ekspertlərin fikrincə, bu səbəbdən yaxşı üzməyi bacaran şəxs belə, burulğan vaxtı çayda üzə bilməz. İnsanlar öz güclərini düzgün qiymətləndirmir, tanımadığı yerlərdə çaya daxil olur və gözlənilməz hallarla qarşılaşır.
İkinci səbəb “suvod” ola bilər
Bu, çay burulğanıdır. Bu cür burulğanlar sahilin bir hissəsinin su ilə təması zamanı baş verir. Bu cür burulğanlarda su çox sürətlə hərəkət edir. O, insanı suyun dibinə çəkmə gücünə malikdir.
Və nəhayət, üçüncü səbəb – suda müxtəlif bitkilər və yosunlar ola bilər ki, bu da insanın hərəkətinə mane olur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər