BolgeXeber.Com » Ölkə » "Yay məktəbi”-nə gələn uşaqlarla əyləncəli tədbir keçirildi-Hacıqabulda

"Yay məktəbi”-nə gələn uşaqlarla əyləncəli tədbir keçirildi-Hacıqabulda

6-09-2018, 09:01
Oxunub: 2 547 "Yay məktəbi”-nə gələn uşaqlarla əyləncəli tədbir keçirildi-HacıqabuldaHacıqabul rayon Heydər Əliyev Mərkəzində Yay məktəbi

Bildiyiniz kimi Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyevanın təşəbbüsü ilə 02.08.2018-ci il tarixində “Uşaqların sevinci bizim sevincimizdi” deyib isti yay aylarında kiçik yaşlı uşaqların asudə vaxtlarının səmərəli keçirməsi üçün Hacıqabul rayon Heydər Əliyev Mərkəzində "Yay məktəbi” açıq elan edilmişdir. Mərkəzin bütün əməkdaşlarının birgə səyi nəticəsində uşaqlara maraqlı yay tətili yaşadan iki aylıq yay məktəbi bu gün sona çatdı.
05.09.2018-ci il tarixində “Yay məktəbi”-nə gələn uşaqlarla yekun əyləncəli tədbir keçirildi. Uşaqlar üçün daha yadda qalan yeni bir gün oldu. Belə ki, Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Bahar Abasova uşaqlarla söhbətə başlayıb birlikdə keçirdikləri zamanda keçirilən dərslərdən suallar verdi, uşaqlar həvəslə kecdiklərini bir-bir təkrarladılar. Mərkəzin əməkdaşları uşaqlara yeni dərs ilində uğurlar arzu etdilər. Uşaqlara xatirə olaraq “Yay məktəbi”-ndə qazandıqları dostlarla birlikdə çəkdirdikləri xatirə şəkilini hədiyyə etdilər. Sonra uşaqlarla birlikdə tort kəsildi.Çay süfrəsində əyləşib söhbətlərinə davam etdilər. Tədbirin sonunda "Yay məktəbi"nin uşaqları Heydər Əliyev Mərkəzinin kollektivi ilə xatirə şəkili çəkdirdilər.
Bolgexeber.com