BolgeXeber.Com » Ölkə » Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb

17-09-2018, 10:11
Oxunub: 2 555 Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıbMüdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb

Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.