Bakı Meriyası parkomatları niyə təhvil vermir?..
18-09-2018, 12:12
Oxunub: 3 591
2018-ci ilin aprel ayından etibarən Bakı şəhərində avtomobillərin parklanma yerilərinə nəzarət Bakı Nəqliyyat Agentliyinə verilib
Bu təhvil-təslimin iki ay ərzində tamamlanacağı deyilsə də, hələ ki parklanma yerlərinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) nəzarət edir. Hətta BŞİH əvvəlki parkomatları ləğv edərək ödənişi yeni, mobil parkomatlarla qəbul etməyə başlayıb. Ödəniş isə paytaxtın ərazilərinə görə dəyişir. Elə yerlər var ki, parklanmanın saatı 1 manat, elə yer də var ki, 50 qəpikdən hesablanır. Belə görünür ki, BŞİH qazanc yerini əldən vermək istəmir. Görəsən Meriyaya axan həmin puldan vergi ödənilirmi?
Məsələ ilə bağlı Modern.az-a danışan hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, hazırda qanunvericiliyə görə, aprel ayından etibarən tapşırıq verilib ki, Bakı şəhərində olan btün parklanma yerlərinin hamısı Bakı Nəqliyyat Agentliyinə təhvil verilsin:
“Bu işlər hələ başa çatdırılmayıb. Tapşırıq verilmişdi ki, bütün işlər 2 ay müddətində tamamlansın. Həmin iki aylıq müddət çoxdan keçib. Bu gün hələ də nəzarət Bakı Şəhər İcra Hakimiyyətindədir. Parkinq yerlərinin BNA-nın tabeçiliyinə verilməməyinin ola bilər ki, hansısa texniki, hüquqi səbəbləri var. Hər halda fakt odur ki, qanunvericiliyə görə, Bakı şəhərinin inzibati ərazisindəki bütün parklanma yerləri BNA-nın idarəçiliyində olmalıdır. Lakin Bakə Şəhər İcra Hakimiyyəti parkinqləri hələ də təhvil vermədiyinə görə onlara sual ünvanlamaq lazımdır ki, ödənişlər hara gedir, necə alınır, nəyə görə alınır?”...
Ekspert bildirib ki, faktiki vəziyyyət də parklanma yerləri BŞİH-in tabeçiliyində qalır, amma hüquqi vəziyyət odur ki, BNA-nın tabeçiliyinə verilməlidir.
“Parkinqlər təhvil veriləndən sonra BNA-nın belə bir layihəsi var ki, parklanma işlərini yenidən qursun. Saxlanma yerləri dəqiq müəyyən olunmalıdır, hüdudları dəqiqləşdirilməlidir. Parklanmaya icazə verilən yerlər neçə avtomobillikdir, avtomobillər hansı üsulla dayanmalıdır və s. müəyyənləşməlidir. Ödənişlə bağlı da qaranlıq məqamlara aydınlıq gətirilməlidir. Agentlik deyib ki, biz onu tabeçiliyimizə götürəndən sonra açıqlayacayıq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər