BolgeXeber.Com » Ölkə » Azərbaycan bankından 20 milyon manat mənimsəyən bankir həbs olundu
Azərbaycan bankından 20 milyon manat mənimsəyən bankir həbs olundu
18-09-2018, 15:34
Oxunub: 4 674
Azərbaycanın banklarından birindən on milyonlarla manat mənimsəməkdə ittiham olunan bankir Moskvada həbs edilib
Bolgexeber.com virtualaz.org-a istinadən xəbər verir ki, “Nikoil Bank”ın idarə heyətinin keçmiş sədri, 60 yaşlı Vasili Xamaza sentyabrın 17-də Qaribaldi küçəsində saxlanılıb. O, Omsk vilayətinin sakinidir və həm Rusiyada federal axtarışda idi, həm də Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmişdi.
Vəzifə səlahiyyətlərindən sui-istifadədə, mənimsəmədə ittiham olunan bankirin barəsində həbs qətimkan tədbiri seçilib. Onun Azərbaycana ekstradisiyası məsələsinə baxılır.
Lakin Xamaza Rusiya vətəndaşıdır və onun bu ölkədə mühakimə ediləcəyi istisna deyil.
Vasili Xamaza “Nikoil Bank”a 2005-2017-ci illərdə başçılıq edib. Onun barəsində Azərbaycan hüquq-mühafizə orqanları 2017-ci ildə cinayət işi qaldırıb. Xamaza banka məxsus 20 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur. Lakin KİV-lər mənimsəmənin həcminin daha böyük ola biləcəyi haqda yazıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər