BolgeXeber.Com » Ölkə » Azərbaycanda elektrovoz aşıb - Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib
Azərbaycanda elektrovoz aşıb - Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib
22-09-2018, 10:14
Oxunub: 2 436
Dəmir yolu ilə ölkənin qərb istiqamətindən Bakıya gələn qatarların hərəkət qrafikində böyük gecikmə var.
Böyük Kəsikdən, Qazaxdan və Tbilisidən Bakıya gələn qatarların hərəkətin çox böyük gecikmə var. Bakıya gələn sərnişinlərin qohumlarının Milli.Az-a bildirdiyinə görə, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşib.
Bakı Sərnişin Stansiyasından qohumlarını gözləyənlərə bildiriblər ki, gecikmə ən azı 4-5 saat təşkil edəcək.
"Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbələrdən Milli.Az-a verilən məlumata görə, gecikmə dəmir yolunda baş vermiş qəza ilə əlaqədardır. Belə ki, ötən gecə ucar rayonu Müsüslü kəndi ərazisində hərəkət edən qatarlardan birinin elektrovozu yoldan çıxaraq aşıb. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra qatarların hərəkəti bərpa edilib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Milli.Az bildirib ki, az sonra ictimaiyyətə hadisə ilə bağlı geniş şəkildə rəsmi məlumat veriləcək.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes