BolgeXeber.Com » Ölkə » “Yağışın da vicdanı olmalıdır” – Millət vəkilindən günahkara sərt tənqid
“Yağışın da vicdanı olmalıdır” – Millət vəkilindən günahkara sərt tənqid
24-09-2018, 18:23
Oxunub: 4 386
Güclü yağış dünən Bakını suya qərq edib.
Leysan nəticəsində yollarda ciddi problem yaranıb, bir çox obyektlər su altında qalıb.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti “Azərsu”nu ittiham edərək bildirib ki, şəhərin su altında qalmasına səbəblərdən biri də “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi olub.
Meriyanın ittihamı cavabsız qalmayıb. “Azərsu” ASC-dən bildirilib ki, onlar fasiləsiz işləyiblər. Qurum problemin meydana gəlməsində günahkar kimi yağıntı miqdarının qısa müddətdə çox olmasını göstərib.
Yenicag.az-a açıqlama verən millət vəkili Fazil Mustafa da məsələyə ironik münasibət bildirib.
Millət vəkili qeyd edib ki, bu məsələdə əsas günah yağışındır:
“Yağış bu qədər sürətlə yağmamalıdır axı. Yağış da baxmalıdır, Bakının vəziyyətini görməlidir, bilməlidir ki, bu şəhərin kanalizasiyası sistemi normal vəziyyətdə deyil. Yağış hiss eləməlidir ki, bu kanalizasiya ilə suyu daşımaq mümkün deyil. Ona görə də bir dənə günahkar var, o da yağışdır. Yağışın da vicdanı olmalıdır. Yağış niyə Londona yağdığı kimi Bakıya yağır? Dünənki yağış qərəzlidir”.
Sonda Fazil Mustafa onu da qeyd edib ki, yağış ciddi şəkildə tənqid edilsə, gələcəkdə yalnışlıqlara, fəsadlara yol verməz.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər