Novruz Məmmədov Nazirlər Kabineti Aparatının iclasını keçirib
11-10-2018, 12:40
Oxunub: 5 844
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qaldırılan məsələlərlə əlaqədar Baş nazir Novruz Məmmədovun yanında Nazirlər Kabineti Aparatının iclası olub
Nazirlər Kabinetinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sosial-iqtisadi sahədə ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən, iqtisadi islahatların daha da dərinləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən danışan Baş nazir Novruz Məmmədov vurğulayıb ki, iclasda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq mövqeləri daha da möhkəmlənən Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına töhfə verir: "Eyni zamanda ölkəmizdə iqtisadiyyat sahəsində islahatların dərinləşməsi, iqtisadiyyatın rəqabətliliyinin artırılması üçün önəmli addımlar atılır. Xüsusən sənaye istehsalında, qeyri-neft sektorunda mühüm işlər görülür. Ölkədə makroiqtisadi vəziyyət sabitdir, investisiya və infrastruktur layihələri ardıcıl icra edilir, əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqət mərkəzindədir. Dövlət başçısının dediyi kimi, bu il Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin açılışları böyük nailiyyətlərdir. Bu yaxınlarda "Azerspace-2" peykinin orbitə çıxarılması, həmçinin Sumqayıtda, Mingəçevirdə, Masallıda Sənaye parklarının yaradılması uğurlu işlərimizdəndir. İnfrastruktur layihələri ilə bağlı nəzərdə tutulan bütün məsələlər öz müsbət həllini tapır. Kənd təsərrüfatının inkişafına, bölgələrdə məşğulluğun artırılmasına dövlət qayğısı da öz yüksək səmərəsini göstərməkdədir. Pambıqçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik sahələrində böyük irəliləyişlər müşahidə olunur".
Yekunda sosial-iqtisadi inkişafın nəticələrinə dair ətraflı fikir mübadiləsi aparıldıqdan sonra Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müşavirədə verdiyi tapşırıqların icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər