Bakının mərkəzində yol sürüşdü – 3 metrlik yarğan yarandı (VİDEO)
17-10-2018, 14:30
Oxunub: 3 589
Səməd Vurğun küçəsində yolun kənarında sürüşmə qeydə alınıb.
BAKU.WS-in məlumatına görə, tikinti aparılan binanın qarşısındakı yol aralanıb.
Hadisə ilə bağlı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə açıqlama verib.
AAYDA rəsmisi qeyd edib ki, sözügedən ərazidə pilot layihə çərçivəsində bina tikilir:
“Həmin binanın tikintisi aparılan ərazi hasarlanıb və qazıntı işləri aparılır. Qazıntı işləri aparılarkən heç bir təhlükəsizlik tədbirləri görülməyib. Nəticədə də yağış yağdıqdan sonra yolun bir hissəsində sürüşmə qeydə alınıb. 3 metr enində, 2,5 metr dərinliyində yol aralanıb və yolun kənarındakı bardürlər dağılıb.
Hazırda dəymiş ziyan araşdırılır. Tikinti şirkəti yoldakı dayanıqlığı yoxlamalı idi. Təhlükəsizlik tədbirləri görülmədən birbaşa qazıntı işləri aparılıb ki, bu da sonda yağışdan sonra yolun sürüşməsinə səbəb olub”.
AAYDA rəsmisi qeyd edib ki, tikinti şirkəti tərəfindən yola dəyən ziyanın ödənilməsi istiqmətində addımlar atılacaq: “Şirkətin hesabında yolun təmiri təmin olunacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər