Bakıda qızla münasibətdə olan kişi evlənməklə “cəzalandırıldı”
25-10-2018, 10:56
Oxunub: 2 528
Bakıda evlənməkdən imtina edən kişiyə qarşı “Zorlama” maddəsi ilə cinayət işi açılacaqdı.
Bolgexeber.com xəbər verir ki, bununla bağlı “Sputnik Azərbaycan” Bakı şəhər Yasamal rayonu polis idarəsinə istinadən məlumat yayıb.
Zorlanma ilə bağlı şikayət oktyabrın 22-də Yasamal rayonu 22-ci polis bölməsinə daxil olub. Şikayətdə 19 yaşlı paytaxt sakini A.D. tanışı olan Aqşin adlı şəxs (etik səbəblərdən ad dəyişdirilib) tərəfindən zorlandığını bildirib.
O bildirib ki, bu ilin sentyabrında tanışı onu “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşən bir evə aparıb və orada zorlayıb. İkinci dəfə qız oktyabrın 7-də Ağdaş rayonunda Aqşinin evində olub.
Şikayətçi qeyd edib ki, indi o, hamiləliyin ikinci ayındadır.
Polisdən bildirilib ki, aparılan araşdırmalar zamanı zorlanmanın olmadığı müəyyənləşib. Gənclər yaxın münasibətdə olublar. Hüquq-mühafizə orqanlarından bildirilib ki, zorlanma haqqında şikayət qızın anasına hamiləliyini başa salmaq cəhdidir. Ana qızının polisə şikayət etməsini təkid edib.
Gənc oğlana qarşı zorlama ittihamı onun qızla evlənməkdən imtina etməsi nəticəsində ortaya çıxıb. Qız ümid edirdi ki, oğlan onunla evlənəcək və buna görə münasibətlərini gizli saxlayırdı. Ancaq onun hamilə olması ilə münasibətlər üzə çıxıb. Qısası, Aqşinə cinayət ittihamından qaçmaq üçün evlənmək təklif edilib. Polisdən bildirilib ki, oğlan razılaşıb.
Eyni zamanda, faktla bağlı araşdırmalar davam edir. Faktla bağlı toplanmış materiallar Ağdaş rayon polis idarəsinə göndərilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə