BolgeXeber.Com » Ölkə » Vəzifəli şəxslər bu sənədləri vətəndaşlardan tələb edə bilməz: 600 manatadək cərimə
Vəzifəli şəxslər bu sənədləri vətəndaşlardan tələb edə bilməz: 600 manatadək cərimə
26-10-2018, 13:33
Oxunub: 3 468
Azərbaycanda inzibati icraat üçün zəruri olan sənədlər vətəndaşlardan tələb olunmayacaq.
Bolgexeber.com Trend-ə istinadən bildirir ki, bununla bağlı “İnzibati icraat” haqqında qanunda dəyişiklilər edilməsi təklif olunur.
Belə ki, qanuna əlavə olunan 32.2-1-ci maddədə qeyd olunur: “İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur”.
Dəyişikliklər dövlət idarəetməsində vətəndaş məmnunluğunu təmin etmək məqsədilə təklif edilib. Belə ki, dövlət orqanlarının bir-birinin informasiya ehtiyatlarına çıxışları, informasiya inteqrasiyası imkanlarının genişlənməsi lazım olan məlumatları vətəndaşın iştirakı olmadan inzibati orqanların özlərinin əldə etmələrinə imkan verir. Eyni zamanda, qanunun bu tələbinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətin nəzərdə tutulması təklif edilir.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan müvafiq dəyişikliyə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların əldə olunmasının ərizəçidən tələb edilməsinə görə vəzifəli şəxslər 350 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər