BolgeXeber.Com » Ölkə » Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

21-11-2018, 14:57
Oxunub: 4 690 Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olubKənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin (AEİMM) Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Həsənov mərkəzin direktor müavini təyin edilib

Bu barədə “Report”a KTN-nin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.

Qeyd edək ki, AEİMM-in tərkində 9 institut fəaliyyət göstərir.