Qobustan sakini kömək istəyir - GİLEY
24-12-2018, 10:42
Oxunub: 3 178
"Dəflərlə bizə aid pay torpağını və qızıl-ziynət əşyalarımı istəsəm də qulaqardına vurmuş, bizə aid mülkləri qaytarmaq istəməmişdir"
Qobustan rayonu, Poladlı kənd sakini Hüseynova Dürdanə Abbas qızı ölkə rəhbərliyinə və bir sıra dövlət qurumlarının başçılarına şikayət ərizəsi ünvanlayıb
Bir nüsxəsi də dia.az-a daxil olan müraciətdə deyilir:
"Mən, Dürdanə Hüseynova 1988-ci ildə Hüseynov Sarvan Sədrəddin oğlu ilə ailə həyatı qurub 2001-ci ilədək birlikdə yaşamışıq. Yeganə adlı bir qızımız olmuşdur. Xəstəliyimlə əlaqədar biz boşanma qərarı verdik. 2001-ci ildən indiyədək atamgilin evində tək qızımla yaşamışam. Elə o vaxtdan da 2-ci qrup əlil kimi yeganə övladımın tərbiyəsilə məşğul olmuşam. Keçmiş ərim Sarvan isə övladıilə heç vaxt maraqlanmamış, bu müddət ərzində 1 manat da olsun aliment ödəməmiş, və ya hər hansı köməklik göstərməmişdir. Əksinə, mənə gəlin olduğum zaman alınan qızıl-zinyət əşyalarını mənə ata yurduna qayıdanda verməmiş. Satıb xərcləmişdir. Bundan əlavə isə Qobustan rayonun poladlı kəndində sakinlərə aqrara islahat zamanı düşən pay torpağımızı da qızımla mənə qaytarmaq əvəzinə ( cəmi 2 nəfərə düşən torpa payı 2.5 ha-dır) son 17 ildə əkib dövlətdən subsidiyalar alıb xərcləmiş və taxıl əkərək yalnız özünə istifadə etmişdi. Dəflərlə bizə aid pay torpağını və qızıl-ziynət əşyalarımı istəsəm də qulaqardına vurmuş, bizə aid mülkləri qaytarmaq istəməmişdir. Mən bigə nikah dövründə qazanılan hər hansı əmlakı yox, yalnız mənə və qızıma aid olan əmlakımı geri istəyirəm. Bir xəstə əlil olaraq böyüyən övladıma hər hansı köməklik göstərə bilmirəm. Aldığım 120 manat əlil təqaüdünü də yalnız dərmanlara və müalicəyə çatdırıram.
Ona görə də Sizlərdən xahiş edirəm ki, ağır iqtisadi və sağlamlıq vəziyyətimi nəzərə alaraq mənə məxsus əmlaklarımı zorakılıqla özündə saxlayan və qanunsuz istifadə edən Sarvan Hüseynovdan alınaraq geri qaytarılmasına köməklik göstərəsiniz".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər