Deputat komitə sədrini tənqid etdi: “50 min fəhləni işsiz qoydu”
2-02-2019, 11:14
Oxunub: 3 841
Deputat Fəzail Ağamalı Dövlət Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin sədri Samir Nuriyevi sərt tənqid edib.
Bolgexeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, parlamnetdə çıxışında qeyd edib ki, bu komitəyə yeni sədr təyin edilib: "Adı da Samirdir. Biz o təyin olunanda alqışladıq ki, təzə, cavan adamdır. O gələn kimi bütün tikinti işlərini dayandırdı. Bakı şəhərində 50 min fəhlə hazırda işsizdir. Bu şəxs görəsən bunun məsuliyyətini başa düşürmü? Cənab prezidentin əsas qayəsi işsizliyə son qoyulması, özünəməşğulluğun təmin edilməsidir. Oqtay müəllim, bilirsiniz ki, mənim tikinti işi ilə əlaqəm yoxdur. Amma vətəndaşlar da müraciət edir ki, işsiz qalıblar. Vaxtilə Maliyyə Bazarlarına Nəzarət Palatasını yaradanda Rüfət Aslanlını da alqışladıq. İndi də Samir adlı cavan bir oğlan var. Amma bu insanların məşğulluğuna son qoyub. Xahiş edirəm ki, məsələni diqqətə alasınız”.
Spikerin deputata cavabı belə olub:
"Həmin şəxsin adı var, Samir Nuriyev. 50 min fəhlə harada qalıb? Dəqiqləşdirin məsələləri. Belə dəqiqləşdirilmələr aparmadan ajiotaj yaratmayın. Prezidentin sərəncamı ilə təyin olunmuş adamdır. Niyə bu qədər cavan, ya qoca sözlərini deyirsiz?”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər