BolgeXeber.Com » Ölkə » Ziya Məmmədovun "Delfin"i "okean suları"nda üzə bilmədi... - GƏLİŞMƏ
Ziya Məmmədovun "Delfin"i "okean suları"nda üzə bilmədi... - GƏLİŞMƏ
11-02-2019, 10:30
Oxunub: 4 389
Bakının Biləcəri qəsəbəsində yerləşən “Delfin” hotel sökülüb
Sözügedən hotelin yerinə hələ ki, heç nə tikilmir
Qeyd edək ki, “Delfin” hoteli uzun illər sabiq nazir Ziya Məmmədova məxsus olub və oğlu Anar Məmmədov idarə edib.
Hələ ötən il “Delfin” hotel və ona bitişik ərazidə olan məşhur “Ruskaya Banya” hamamının Məmmədovların nəzarətindən çıxması barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki, sözügedən obyektlər adı gizli qalan şəxs tərəfindən alınıb.
“Yeni Müsavat” yada salır ki, “Delfin” Z.Məmmədovun keçmiş şəriki Hafiz Məmmədovla (“Hafka”) məhkəmə çəkişməsi obyekti də olub. Ötən ilin yanvarında “Delfin” hotelinin təsisçisi olan “Delfin” MMC-nin 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində “Hafka”nın bir zamanlar rəhbərlik etdiyi “Bakı” klubuna qarşı iddiasına baxılıb. Məlum idi ki, klubun bazası hotelə bitişik sahədə yerləşirdi və həmin sahə uzun illər sabiq nazirin ailəsinə məxsus olub. MMC klubun onların xüsusi mülkiyyətində olan sahədən çıxarılmasını tələb edirdi.
“Hafka”nın klubu da qarşılıqlı iddia verərək, həmin torpaq sahəsi üçün ödədiyi pulun geri qaytarılmasını istəyirdi. Amma məhkəmə “Delfin”in iddiasını təmin edərək klubun həmin ərazini tərk etməsinə qərar verdi. “Hafka”nın iddiası isə rədd olundu. Bundan sonra “Bakı” yuxarı instansiya məhkəməsinə müraciət edərək şikayət verdi. Amma Bakı Apelyasiya Məhkəməsi də “Hafka”nın əleyhinə qərar çıxardı.
Bu məhkəmə qərarında sonra mediada “Məmmədovların bağışlanması” xəbərləri tirajlandı. Amma tezliklə daha bir maraqlı iddia ortaya çıxdı. Bildirildi ki, sən demə, “Delfin” MMC artıq Məmmədovlara bağlı deyilmiş. İddiaya görə, hələ Anar Məmmədov ölkəni tərk etmək ərəfəsində olanda “Delfin” hotel ondan alınıb. Yəni məhkəmə qərarı Məmmədovların bağışlanılması deyil, “Delfin”in sirli alıcısının qələbəsi hesab oluna bilərdi.
Məlumdur ki, “Hafka” ilə Məmmədovlar şəriklərin biznesi olub. Onların arasında münasibətləri gərginləşdirən səbəblərdən biri “Bank of Azerbaijan”olub. Əvvəllər “Garant Holdinq”in tərkibində fəaliyyət göstərən bank 2013-cü ilin yanvarında səbəbi göstərilmədən Hafiz Məmmədovun nəzarətinə verilib. 2014-cü il mayın 22-də isə Hafiz Məmmədov Müşahidə Şurasının sədrliyindən, qohumları isə Müşahidə Şurasının üzvlüyündən uzaqlaşdırılıb. 2015-ci ilin dekabrında isə “Bank of Azerbaijan” ASC müflis olduğunu elan edib. Bildirilir ki, Z.Məmmədovun ailə şirkəti olan “Garant-Holdinq”in tərkibində olan müxtəlif şirkətlər bankdan milyonlar kredit götürüb qaytarmayıblar və sonra bu borcu “Hafka”nın “ayağına” yazıblar.
Qeyd edək ki, bu günlərdə Anar Məmmədovun Bakıdakı 33 mərtəbəli hoteli ilə bağlı da ilginc məlumat yayılıb. İnformasiyada bildirilir ki, ötən ilin aprelində yanğın baş vermiş və əvvəlki adı “Trump Tower Baku”, sonrakı adı isə “Yelkən hotel” olan binanın fasadı tam dəmir çərçivələrə alınıb. İddialara görə, bu, həmin hotelin söküləcəyi ilə bağlı şübhə yaradıb.
Sabiq nəqliyyat nazirinin isə mövzu ilə bağlı acıqlı açıqlama verməsi bu xəbərlərin heç də əsassız olmadığını göstərdi. Sualı “Sökmürlər, qoy lap partlatsınlar. Nə otel, otel nədir? Otel lap tutaq ki, kiminsə olub və söküblər. Bunun sizə nə dəxli var? Bunun nə mənə, nə də mənim oğluma aidiyyəti var” deyə, sabiq nazir bildirib.
“YM”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər