BolgeXeber.Com » Ölkə » Azərbaycanda övladı olmayan ər və arvad intihar etdi - YENİLƏNİB

Azərbaycanda övladı olmayan ər və arvad intihar etdi - YENİLƏNİB

16-02-2019, 12:35
Oxunub: 3 105 Azərbaycanda övladı olmayan ər və arvad intihar etdi - YENİLƏNİBHacıqabulda baş vermiş ər-arvad intiharının təfərrüatları məlum olub.

Bolgexeber.com Oxu.Az-a istinadən xəbər verir ki, Sahib Rəsulovla və Əfsanə Mayılova kənddə ev tutaraq vətəndaş nikahında yarayırmış. 15 ildir, birlikdə olmalarına baxmayaraq cütlük övlad sahibi ola bilməyib. Bu səbəbdən ər-arvad fevral ayının 14-də ayrılmaq qərarına gəlib. S. Rəsulov xanımı ilə qaldığı evi tərk edərək valideynlərinin evinə gedib. Növbəti gün isə özünü həyətdəki nar ağacından asıb. Bunu eşidən Ə. Mayılova da həyətlərindəki yarımtikilidə eyni üsulla intihar edib.

*** 00:43
Hacıqabulda ər və arvad intihar ediblər.

Azərbaycanda övladı olmayan ər və arvad intihar etdi - YENİLƏNİBHacıqabulda baş vermiş ər-arvad intiharının təfərrüatları məlum olub.xəbər verir ki, bu barədə jurnalist Emil B. Məmmədov sosial şəbəkədə yazıb.

Xeyli vaxtdır ailə qurmalarına baxmayaraq, övladları olmayan 37 yaşlı Sahib Zaməddin oğlu Rəsulov və 34 yaşlı Əfsanə Ənzəli qızı Mayılova yaxınlarının təzyiqi ilə ayrılmaq qərarına gəliblər. Ər bu ayrılığa dözməyərək özünü həyətdəki ağacdan asaraq intihar edib. Bunu atası evində eşidən qadın da eyni üsulla intihar edib.