BolgeXeber.Com » Ölkə » Axtarışda olan 20 nəfər tutuldu

Axtarışda olan 20 nəfər tutuldu

22-02-2019, 10:38
Oxunub: 2 582 Axtarışda olan 20 nəfər tutulduÖtən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faaktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 21-də ölkədə 23 cinayətin üstü “isti izlər”lə açılıb.



Əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması təmin olunub.



Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.



Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 21 nəfər xəsarət alıb.



Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.



Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.