BolgeXeber.Com » Ölkə » Can dərmanı olan yaz bitkiləri: Qanqal, qulançar və digər bitkilər yol kənarlarında satılır – VİDEO

Can dərmanı olan yaz bitkiləri: Qanqal, qulançar və digər bitkilər yol kənarlarında satılır – VİDEO

10-04-2019, 11:36
Oxunub: 7 685 Can dərmanı olan yaz bitkiləri: Qanqal, qulançar və digər bitkilər yol kənarlarında satılır – VİDEOYazda dağlarda, dərələrdə və sahələrdə bitən bəzi yabanı bitkilər var ki,onlardan müxtəlif yeməklərin hazırlanmasında istifadə edilir

Bunu fürsət bilən yerli sakinlər qanqal,qulançar və digər bitkiləri yığıb yol kənarlarında satırlar. Bu bitkilər arasında ən bahalı olanı isə qulançardır. Bir dəstəsiən aşağı 4 manata təklif olunur.

Yazın gəlişi ilə insanların istifadə etdiyi bəzi bitkilərin də vaxtı gəldi.

Taxıl zəmiləri, yonca sahələri, su bol olan ərazilər bu bitkinin məskəni hesab edilir. Havalar isinər-isinməz isə yol kənarlarında qanqalın satışı həyata keçirlir.

Tikanlı olduğundan əksər insanlar ondan uzaq dursalarda amma qanqalın dadını, xeyrli tərəflərini bilənlər onun yetişmə vaxtını səbirsizliklə gözləyir. Elə bunu nəzərə alan Yevlax sakinləri də bitkini toplayıb yol kənarında satırlar. Rayon sakinləri qanqalın 4-6 ədədini dəstə bağlayıb, 50 qəpik -1 manata təklif edirlər.

Yerli sakinlər bildirir ki, qanqal yeyən zaman ürək, qaraciyər, ən əsas isə böyrək xəstəliyindən əziyyət çəkənlər şəfa tapır.

Qanqal əsasən mart-aprel ayında yeyilir. May ayında toxumladığından onun zoğ hissəsi deyil, toxumları yığılaraq qovrulur və istifadə edilir.

Bu mövsümdə meşəlik və dağlıq ərazilərdə yetişən başqa bitkilər də var. Ağsu və Şamaxınındağlıq ərazilərində bitən qulançar bitkisini də yerli sakinlər yol kənarında satırlar. Qulançarın bir dəstəsi 4-6 manat arasında dəyişir.

Yol kənarlarında sstılan digər bitkilər də var ki. onlar da müxtəlif yeməklərin hazırlanmasında istifadə olunur.

Yerli sakinlərmay ayının ortalarına qədər qulançar və digər bitkilərin satışı ilə məşğul olurlar.