BolgeXeber.Com » Ölkə » Azərbaycanda vəzifəli şəxsin oğlunu güllələyib öldürdülər – ŞOK CİNAYƏT
Azərbaycanda vəzifəli şəxsin oğlunu güllələyib öldürdülər – ŞOK CİNAYƏT
3-05-2019, 12:19
Oxunub: 4 003
Dünən Şəmkir rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Bayramlı kəndində yaşadığı evdə güllələnərək öldürülən 1990-cı il təvəllüdlü Kəramət Şükür oğlu Məmmədov Ədliyyə Nazirliyinin işçisi olub. O, Gəncədə yerləşən həbsxanada nəzarətçi vəzifəsində çalışırmış. Hələlik hadisənin kim tərəfindən, hansı səbəbdən və hansı şəraitdə törədilməsi məlum deyil.
İlkin araşdırmalar zamanı məlum olub ki, dəhşətli cinayət vaxtı Kəramət Məmmədov evdə tək olub. Yaxınları onun silahının olmadığını və intihar ehtimalını inkar ediblər.
Hadisədən ilk olaraq Kəramət Məmmədovun kənd məktəbinin director müavini işləyən anası xəbər tutub. Dünən işdən evə gələn qadın otağa daxil olarkən qan gölməçəsini görüb. Oğlunun güllələnərək öldürüldüyünü bilən qadın sarsıntı keçirib və yaxınlarına məlumat verib.
Hadisə vaxtı Şəmkirdəki aqroparkın sədr müavini olan Kəramət Məmmədovun atası Şükür Məmmədov da işdə olub. Qətlə yetirilən oğlanın dayısı qızı isə kənd bələdiyyəsinin sədridir.
Hazırda faktla bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Qətlin kim tərəfindən törədilməsinin müəyyənləşdirilməsi, qatilin tututlması istiqamətində iş aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər