Hacıqabulda hesabat yığıncağı keçirildi-FOTO
11-05-2019, 12:41
Oxunub: 3 710
Hacıqabul rayonunda 2019-cu ilin birinci rübü ərzində sosial-iqtisadi inkişafının yekunları barədə hesabat yığıncağı keçirildi.
11 may 2019-cu il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin akt zalında 2019-cu ilin birinci rübünə dair sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Əlibaba Əliyev iştirak etdi.
Yığıncaqda icra başçısı aparatının məsul işçiləri, başçının şəhər, qəsəbə və kəndlər üzrə nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər, qəsəbə və kəndlərin bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqalların, müharibə və əmək veteranlarının, ziyalıların və ictimaiyyətin digər nümayəndələri olmaqla, cəmi 120 nəfər iştirak etdi.
Rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov məruzə ilə çıxış etdi, məruzədə 2019-cu ilin birinci rübündə görülən işlər barəsində məlumat verdi.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış edərək Hacıqabul rayonunda 2019-cu ilin birinci rübündə görülən işləri müsbət qiymətləndirdi və növbəti aylarda bu inkişaf tempini qoruyub saxlamağı tövsiyə etdi.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər