BolgeXeber.Com » Ölkə » Ədalət mühakimə sistemində insan haqlarına dair beynəlxalq seminar başa çatmışdır
Ədalət mühakimə sistemində insan haqlarına dair beynəlxalq seminar başa çatmışdır
17-05-2019, 16:27
Oxunub: 3 348
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə keçirilən “Ədalət mühakimə sistemində insan haqları ilə bağlı qarşıda duran məsələlər” mövzusunda beynəlxalq seminar öz işini yekunlaşdırmışdır.
Bolgexeber.com-a Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, tədbir çərçivəsində ekspertlər tərəfindən Avropa İnsan Hüquqları Konvensiyası kontekstində azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqları, informasiya sahəsində insan hüquq və azadlıqlarının təmin olunması barədə iştirakçılara geniş məlumat verilmişdir. Eləcə də digər əlaqədar mövzularla bağlı ortaya çıxan problemlər və onların həlli yolları, Avropa İnsan Hüquqları Məhkəməsinin həmin məsələlərə yanaşması, prioriterləri və yeni istiqamətləri ətraflı müzakirə edilmişdir.
Seminarda təqdimat və praktiki məsələlər, habelə iştirakçıları maraqlandıran digər mövzularla bağlı suallar beynəlxalq ekspertlər tərəfindən cavablandırılmışdır.
Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.
Seminar iştirakçıları tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə etmişlər.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər