BolgeXeber.Com » Ölkə » Beyləqanda DOĞUŞ FACİƏSİ: - 2 saat yaşadı...

Beyləqanda DOĞUŞ FACİƏSİ: - 2 saat yaşadı...

23-05-2019, 17:08
Oxunub: 2 419 Beyləqanda DOĞUŞ FACİƏSİ: - 2 saat yaşadı...Beyləqanda doğuş zamanı körpə ölüb.

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Aşqallar kənd sakini Şamilə Babayeva mayın 22-də rayon Mərkəzi Xəstəxanasında oğlan uşağı dünyaya gətirib.

Lakin körpə bir neçə saat yaşadıqdan sonra ölüb.
Müəyyən edilib ki, 1989-cu il təvəllüdlü Şamilə Babayeva mayın 20-də doğuş sancıları ilə xəstəxanaya gətirilib və ayın 22-də doğuş həyata keçirilib.

Faktla bağlı Beyləqan rayon Prokurorluğundan araşdırma aparılır.