“Evrascon” ASC-nin cərimələnməsi üçün məhkəməyə şikayət verilib
25-07-2019, 10:30
Oxunub: 3 824
Dövlət Yol Polisi “Evrascon” Açıq Səhmdar Cəmiyyətinin 300 manat cərimə edilməsi barədə inzibati protokol tərtib edib.
"Report"un xəbərinə görə, qurum İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilib.
İnzibati Xətalar Məcəlləsinin 347-ci (dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsinə əsasən, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Yasamal Rayon Məhkəməsi 07 iyun 2019-cu il tarixində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarıb.
Bu qərardan Yasamal Rayon Polis İdarəsi tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, 2013-cü ildə "Azərkörpü" ASC-də ildə həyata keçirilmiş rebrendinq nəticəsində şirkətin adı Avro-Asiya Tikinti Korporasiyası "EVRASCON" adlandırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər