“Publik hüquqi şəxslər haqqında” qanunda dəyişikliklər edilib
30-08-2019, 18:23
Oxunub: 3 779
Prezident İlham Əliyev “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.
Bolgexeber.com xəbər verir ki, sənədə əsasən, həmin qanuna aşağıdakı dəyişikliklər edilib:
"1. 2.2-ci maddədən “və ya publik hüquqi şəxs tərəfindən” sözləri çıxarılsın.
2. 3.2-ci maddədə “tutulmuş” sözü “tutulduğu” sözü ilə əvəz edilsin.
3. 4.1-ci və 6.3-cü maddələrdə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
4. 4.2-ci maddə ləğv edilsin.
5. 4.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir.”.
6. 6.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“6.2.3. fəaliyyətin istiqamətləri, hüquq və vəzifələri;”.
7. 6.2.8-ci maddəyə “təsərrüfat” sözündən əvvəl “sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq,” sözləri əlavə edilsin.
8. 8.2.1-ci, 8.2.2-ci və 8.2.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“8.2.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
8.2.2. idarəetmə orqanlarının yaradılması;
8.2.4. strukturun, işçilərin say həddinin və əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;”.
9. Aşağıdakı məzmunda 8.2.2-1-ci maddə əlavə edilsin:
“8.2.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;”.
10. 8.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.2.7-ci və 8.2.8-ci maddələr əlavə edilsin:
“8.2.7. bu Qanunun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
8.2.8. publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi.”.
11. 8.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“8.3. Publik hüquqi şəxsin təsisçisi bu Qanunun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərinin (onların bir hissəsinin) həyata keçirilməsini müəyyən etdiyi orqana (quruma, o cümlədən publik hüquqi şəxsin özünə) verə bilər.”.
12. 8.4-cü maddədə “rəhbər” sözü “idarəetmə orqanlarının rəhbərləri (üzvləri)” sözləri ilə, “verməlidir” sözü “verməlidirlər” sözü ilə əvəz edilsin.
13. 8.5-ci maddədən “rəhbərin” sözü çıxarılsın".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər