BolgeXeber.Com » Ölkə » Tərtərdə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib-FOTO

Tərtərdə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib-FOTO

5-10-2019, 17:30
Oxunub: 6 724 Tərtərdə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib-FOTOTərtər rayonunun təhsil müəssisələrində gənc nəslin təlim-tərbiyəsi ilə 1287 müəllim məşğul olur

Bu il Təhsil Nazirliyi tərəfindən aparılan müəllimlərin işə qəbulu müsabiqədən keçən 68 nəfər gənc müəllim rayonun məktəblərində pedaqoji fəaliyyətə başlayıb. Bayram ərəfəsində Tərtər şəhər 6 nömrəli tam orta məktəbin müəllimi Raya Hacıyeva Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

Bu barədə Tərtər rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirdə məlumat verilib. Rayonun təhsil işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad edib, xatirə şəkli çəkdiriblər.

Mədəniyyət Mərkəzində keçirilən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra məktəblilər müəllimləri şeirlə təbrik ediblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, müəllimləri əlamətdar gün münasibəti ilə təbrik edib, təhsilə göstərilən diqqət və qayğıdan, rayon müəllimlərinin qazandığı uğurlardan danışıb. Bildirib ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab olunur. Məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müəllim öyrədəndir, gənc nəslə elm, bilik, aydın dünyagörüşü verən, xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi insani keyfiyyətləri təlqin edən və formalaşdıran şəxsiyyətdir.

"Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb. Müəllim əməyinə bu gün də Prezident İlham Əliyev tərəfindən yüksək qiymət verilir, bu xeyirxah peşə sahiblərinin sosial rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir, təhsil sahəsinin inkişafinda xidmətləri ilə seçilən müəllimlərin əməyi qiymətləndirilir, onlar dövlət tərəfindən təltif edilirlər. Son illərdə müəllim peşəsinin nüfuzunun artması da təhsilə, təhsil işçilərinə göstərilən hərtərəfli qayğının nəticəsidir.

Diqqətə çatdırlıb ki, respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, yeni məktəblər inşa edilir,

mövcud məktəblər təmir edilir və ya yenidən qurulur. Son 15 ildə rayonda 9 məktəb binası tikilib, 8 məktəb binası əsaslı təmir edilib, 5 modul tipli məktəb binası quraşdırılıb. Tərtər rayonunun müəllimlərindən 8 nəfər “Əməkdar müəllim” adına, 6 nəfər “Tərəqqi” medalına, 4 nəfər “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbulun göstəricisi ildən ilə yüksəlir. Builki məzunlardan 236 nəfəri ali, 104 nəfəri orta ixtisas məktəblərinə, iki nəfər Cəmşid Naxçıvaniski adına hərbi liseyə qəbul olub. İmtahanlarda 4 nəfər 600-dən yuxarı, 29 nəfər 500-dən yuxarı bal toplayıb.

Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdir əvəzi Elvin Umudov, polis şöbəsinin rəisi Elçin Qasımov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Ağdərə şöbəsinin sədri Mərdan Paşayev, şəhər 2 nömrəli məktəb-liseyin direktoru Gülarə Əkbərova, şəhər 6 nömrəli tam orta məktəbin müəllimi, “Əməkdar müəllim” Tahirə Quluyeva, Kəngərli kənd tam orta məktəbin direktoru İmran Məmmədov, Sarıcalı kənd tam orta məktəbin direktor əvəzi Vəsilə Mehdiyeva, Düyərli kənd tam orta məktəbin müəllimi Xəlil Zəkəriyev müqəddəs peşənin daşıyıcıları, ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi olan bütün müəllimləri Müəllimlər Günü münasibəti ilə təbrik edərək, onlara uğurlar arzuladılar.

Mərasimdə bir qrup qabaqcıl təhsil işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.
Bolgexeber.com