Şamaxıdakı bu məktəbdə hər an faciə baş verə bilər – FOTOLAR
17-10-2019, 20:42
Oxunub: 4 568
Şamaxı şəhərinin 2 saylı tam rota məktəbinin vəziyyəti bərbad haldadır.
Minval.İnfo xəbər verir ki, bu barədə sakinlər məlumat veriblər. Redaksiyamıza müraciət edən valideynlər bildiriblər ki, məktəb uzun zamandır təmir edilmir, uşaqların təhsil aldığı ocağ bərbad haldadır.
Bu vəziyyəti foto və videolarla sübuta yetirən şikayətçilər bildiriblər ki, aidiyyəti qurumlara müraciət etsələr də, heç bir faydası olmayıb: “Burada uşaqların təhsil alması çox təhlükəlidir. Divarlarda çatlar var. Hətta bəzi otaqlarda divar 2 hissəyə ayrılıb. Məktəb illərdir normal təmir üzü görmür. Dəhlizlərin yer örtüyü taxtadandır. Onlar çürüyüb, aralanıb. Hansısa övladımızın ayağı o taxtalara görə qırıla bilər. Pilləkənlərin tutacaqları qopub, ona tutunaraq düşüb-qalxmaq özü bir təhlükədir.
Sinif otaqları da eyni vəziyyətdədir. Yazı lövhələri həddən artıq köhnədir. 21-ci əsrdə belə bir vəziyyətin olması ayıbdır. Məcburuq sadəcə. Məsafə, alışma prosesinə görə uşaqlarımızı başqa məktəbə apara bilmirik. Hər gün qorxu içindəyik ki, birdən o tavanlardan biri qopub düşəcək, hansısa şagird, can altında qalacaq. Bu zaman kim cavab verəcək?”









Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər