BolgeXeber.Com » Ölkə » Gəncədə sərxoş halda yol-nəqliyyat hadisəsi törədən sürücü saxlanılıb
Gəncədə sərxoş halda yol-nəqliyyat hadisəsi törədən sürücü saxlanılıb
29-10-2019, 18:41
Oxunub: 4 615
Gəncədə sərxoş halda yol-nəqliyyat hadisəsi törədən sürücü saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Gəncə şəhəri ərazisində sərxoş halda yol-nəqliyyat hadisəsi törədərək 2 şəxsin ölümünə səbəb olan sürücü cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, oktyabrın 29-da saat 02 radələrində 1989-cu il təvəllüdlü Rauf Məmmədovun sərxoş halda idarə etdiyi “Lada Piriora” markalı 99-HD-730 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq Abbasəli Tağıyevin idarə etdiyi 57-CA-446 dövlət qeydiyyat nişanlı “Vaz-2106” markalı avtomobil ilə toqquşması nəticəsində “Lada Piriora” markalı avtomobildə olan sərnişinlər - 2000-ci il təvəllüdlü İkram Bayramlı və Eldar Məmmədovun hadisə yerində vəfat etmələri faktına görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər