Maliyyə Nazirliyində kadr və struktur dəyişiklikləri olub
29-10-2019, 18:49
Oxunub: 7 143
Maliyyə Nazirliyində Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzi yaradılıb.
Bolgexeber.com xəbər verir ki, mərkəzə rəhbərlik İlham Kərimova həvalə olunub.
Bundan başqa, Nazirliyin Hüquq şöbəsinin müdiri Xaliq Rəhmanov qurumun aparat rəhbərinin müavini təyin edilib. O, eyni vaxtda iki vəzifə daşıyacaq.
Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyə şöbəsinin müdiri Xaqani Rzayev isə Nazirlik yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi təyin olunub.
Adı çəkilən şöbənin əvəzində isə 2 yeni şöbə yaradılıb. Bunlardan biri Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsidir ki, ona müdir Cavid Məmmədov təyin edilib. Digər yeni şöbə isə Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsidir ki, onun müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Zakir Hacıyevə həvalə olunub.
Həmçinin Maliyyə Nazirliyinin hərbi qurumların və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin müdiri dəyişib. İndiyə qədər şöbəyə rəhbərlik edən Rafiq Hüseynovu Etibar Kərimov əvəz edib.
Bundan başqa, Nazirliyin Ümumi şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şahin Qarayevə həvalə olunub. O, bu vəzifədə bir qədər əvvəl 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilmiş Lalə Həsənovanı əvəzləyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər