Maşınları cərimələyən “İsgəndər” kimdir? - FOTO
1-11-2019, 09:54
Oxunub: 4 289
Bakı şəhərindəki parkinqləri zəbt edərək sürücülərdən qanunsuz olaraq pul yığan “İsgəndər ASA Holding” avtomobil yoluna yaxın olan ağaclara da elan yapışdırıb.
Axar.az xəbər verir ki, bu haqda foto-məlumatı fotoqraf Elçin Murad paylaşıb. Belə ki, “İsgəndər ASA Holdinq”in yol kənarında avtomobil saxlayan sürücülərdən pul qopara bilmək üçün yol kənarına yaxın ağaclara bu haqda elan vurub.
Elanda qeyd edilib ki, maşın dayanacağında 30 dəqiqə avomobil saxlamaq 50 qəpikdir. Elanda həmçinin yazılıb ki, ödəniş etməyən nəqliyyat vasitələri cərimələnir.
Sözügedən parkinq şirkəti bu qəbildən olan elanları Xətai prospektində yerləşən “Dəmirçi Plaza”nın yaxınlığındakı əksər ağaclara yapışdırıb.
Mövzu ilə bağlı saytımıza açıqlama verən yol-nəqliyyat eskeprti Elməddin Muradlı bildirib ki, həmin şirkətin əməkdaşları hətta sürücülərdən zorla, hədə-qorxu yolu ilə pul tələb edirlər. Ödəniş etmədikdə isə avtomobilə zərər yetirirlər:
“İsgəndər ASA Holdinq”in Bakı şəhərində zəbt etmədiyi ərazi yoxdur. Harada boş ərazi varsa, zəbt edərək parkinq kimi istifadə edir. Bu şirkət əməkdaşları sürücüləri qorxudaraq ünvana cərimə bildirişi göndəriləcəyini deyib, 20-30 manat cərimə olunduqlarını bildirir. Xüsusən xanım sürücülərə hədə-qorxu gələrək onlardan qanunsuz olaraq 2-5 manat civarında pul alırlar.
Bu şəxslər parkinq yerlərindən qanunsuz olaraq pul yığırlar. Hazırda parkinqlər BNA-ın tabeliyinə tam keçmədiyi və təhvil-təslim aparıldığı üçün Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində qalır. Lakin bu şirkətin Bakı Şəhər İcra Hakimiyyəti ilə hər hansı bir əlaqəsinin olub-olmadığı da məlum deyil. Ancaq görünən odur ki, bu şəxslər istədikləri ərazini zəbt edərək parkinq xidməti kimi istifadəyə verib, qanunsuz pul yığa bilir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər