Azərbaycanda nə qədər adam siqaret çəkir?
4-11-2019, 11:01
Oxunub: 4 886
Azərbaycanda əhalinin 15,3 faizi siqaret çəkir.
Bolgexeber.com Trend-ə istinadən xəbər verir ki, 2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-19 yaşlı əhalinin 0,1 faizi, 20-44 yaşlı əhalinin 13,4 faizi, 45-64 yaşlı əhalinin 21,7 faizi siqaret çəkir.
Siqaret çəkənlərin 14 faizinin yaşı 65-dən çoxdur. Əhalinin 5,3 faizi gündə 20 ədəddən çox siqaret çəkir.
Tədqiqata əsasən, ölkədəki kişilərin 31,9 faizi siqaret çəkir. Ümumilikdə ölkədə 15-19 yaşlı kişilərin 0,2 faizi, 20-44 yaşlı kişilərin 26,5 faizi siqaret çəkir. Siqaret çəkənlərin böyük hissəsini 45-64 yaşlı kişilər təşkil edir. Onların 47,8 faizi siqaret çəkir. Siqaret çəkənlər arasında yaşı 65-dən çox olanların faizi isə 32,3 olub.
Ölkədəki qadınların bütün yaş qrupları üzrə siqaret çəkmə göstəricisi 0,0 faiz (məlumat çox kiçik rəqəmlə xarakterizə olunduqda o, 0,0 kimi qeyd edilir-İ.İ) qiymətləndirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər