BolgeXeber.Com » Ölkə » Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub
19-11-2019, 15:20
Oxunub: 4 196
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.
Bolgexeber.com xəbər verir ki, bu vəzifəyə Əməkdar jurnalist İbrahim Məmmədov təyin edilib.
Qeyd edək ki, İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub. Bir müddət burada yaşadıqdan sonra ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına Pedaqoji Universitetdə təhsil alıb. Tarix və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. "Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi" adlı elmi monoqrafiyanın və yüzlərələ məqalənin müəllifidir. "1988-ci il Sumqayıt hadisələri Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsidir" adlı elmi işi müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Əməkdar jurnalistdir. "Sovet imperiyasının gizlinləri. Qriqoryanın işi" adlı 3 hissəli sənədli filmin müəllifidir.
"Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında işləyib.
2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. 2012-ci ilin fevralından 2015-ci ilin sentyabrınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışıb. 2015-ci ilin sentyabrından indiyədək ARB TV-də sədr müavini vəzifəsini tuturdu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər