BolgeXeber.Com » Ölkə » Tərtərlilər 650 min ağac əkilməsi aksiyasında yüksək fəallıq göstəriblər
Tərtərlilər 650 min ağac əkilməsi aksiyasında yüksək fəallıq göstəriblər
6-12-2019, 17:26
Oxunub: 4 500
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da yüksək fəallıqla həyata keçirilib.
Bolgexeber.com xəbər verir ki, şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi üçün ağac əkini üçün nəzərdə tutulan ərazilər əvvəlcədən təmizlənib, hamarlanıb, cızlar çəkilib, çalalar qazılıb əkinə tam hazır vəziyyətə gətirilib.
Tərtərlilər aksiya çərçivəsində Tərtər-Bərdə, Tərtər-Hindarx, Tərtər-Şıxarx, Tərtər-Gəncə avtomobil yollarının kənarlarında, Tərtər şəhərində və rayonun kəndlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 500 ədəd şam, 3000 ədəd göyrüc, 2500 ədəd akasiya, 2000 ədəd iydə, 1000 ədəd çinar, 1000 ədəd sərv, yerli tingçilər tərəfindən isə 5 min ədəd müxtəlif növ meyvə ağacları, ümumilikdə, 15 min ağac əkiblər.
Ağac əkilən ərazilərdə abadlıq-təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib və suvarılması həyata keçirilib.
Əlavə olaraq gün ərzində Çin Xalq Respublikasından baramaçılığın inkişafı məqsədi ilə gətirilən 30 min ədəd tut tinginin də əkilməsinə start verilib.
Tərtərlilər rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin hazırladıqları konsertin musiqi sədaları altında bayram əhval-ruhiyyəsi ilə ağacəkmə aksiyasını davam etdiriblər.







Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər