BolgeXeber.Com » Ölkə » Bələdiyyə seçkilərində yaşı 20-dən aşağı olan 300-dən çox şəxsin namizədliyi qeydə alınıb

Bələdiyyə seçkilərində yaşı 20-dən aşağı olan 300-dən çox şəxsin namizədliyi qeydə alınıb

13-12-2019, 13:14
Oxunub: 2 504 Bələdiyyə seçkilərində yaşı 20-dən aşağı olan 300-dən çox şəxsin namizədliyi qeydə alınıbAzərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahı (AVCİYA) 23 dekabrda keçirilən bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib.

"Report"un xəbərinə görə, AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, Azərbaycanda digər regionlardan fərqli olaraq seçkilər elan olunduqdan sonra, ölkədəki stabil ictimai-siyasi mühit, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı sahəsində vəziyyət, seçkilərə hazırlıq səviyyəsi və seçki administrasiyasının fəaliyyəti demokratik və şəffaf seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradır:

"Son illər Azərbaycanda keçirilən tədbirlər də bunu sübut edir, o cümlədən NATO və Rusiyanın baş qərargah rəislərinin Azərbaycanda görüş keçirməsi də bundan xəbər verir" .

O bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı 1 noyabr - 13 dekabr 2019-cu ildə AVCİYA KİV-lərin monitorinqini həyata keçirib:

"Noyabrda seçkilərlə bağlı 514 xəbər xəbər, dekabrın 1-dən indiyədək isə 325 xəbər dərc olunub. Monitorinq sübut edir ki, ümumiyyətlə noyabrda seçki xəbərləri xəbərlərin ümumi sayının 40,8% -ni, dekabrın 1-13-arasında isə 54,77 %-ni təşkil edib. Bu da seçkiyə KİV-lərin daha çox maraq göstərməsini sübut edir".

M.Zülfüqarlının sözlərinə görə, namizədlərin qeydə alınması ilə bağlı problem aşkarlanmayıb:

"Namizədlərin 30 faizdən çoxu qadınlardır. Azərbaycanda keçirilən seçkilərdə qadın namizədlərin sayı getdikcə artır. Bundan başqa, yaşı 20-dən aşağı 300-dən namizəd qeydə alınıb" .