BolgeXeber.Com » Ölkə » Qusarda daha bir zəhərlənmə - Bu dəfə “Rollton”dan

Qusarda daha bir zəhərlənmə - Bu dəfə “Rollton”dan

16-12-2019, 12:47
Oxunub: 2 895 Qusarda daha bir zəhərlənmə - Bu dəfə “Rollton”danBu gecə Qusar rayonunda daha bir ailəvi zəhərlənmə hadisəsi baş verib.

Bolgexeber.com-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, dekabrın 15-i saat 22 radələrində Qusar şəhər sakinləri, 1972-ci il təvəllüdlü Zaryat Mövlanova, onun 12 yaşlı oğlu Zamir və onlara qonaq gəlmiş, 1967-ci il təvəllüdlü Xəyalə Nuraliyeva evdə yedikləri "Rollton” supundan zəhərləniblər.

Zəhərlənən şəxslər dekabrın 16-ı gecə saat 01 radələrində xəstəxanaya müraciət ediblər, hazırda vəziyyətləri yaxşıdır. Faktla bağlı araşdırma aparılır.