Çingiz Qənizadə seçiciləri ilə görüşdü - Fotolar
18-01-2020, 14:05
Oxunub: 4 352
Deputatlığa namizəd Çingiz Qənizadə 80 saylı dairəyə daxil olan İmişli rayonunun Boşçalılar, Buludlu və Sarıxanlı kəndlərində görüşlər keçirib.
Bolgexeber.com xəbər verir ki, Çingiz Qənizadə bir daha özü haqqında məlumat verib. Qarşıda duran vəzifələrdən danışıb. Növbəti çağırış zamanı seçiciləri ona səs verərlərsə və seçərlərsə növbəti 5 ildə də İmişli rayonunun sosial-iqtisadi inkişafının artırılmasında, kəndlərdə olan müəyyən problemlərin həll olunmasında aktiv iştirak edəcəyinə, Milli Məclisdəki qanunverici fəaliyyətində əvvəlki illərdəki kimi aktiv olacağına eləcə də digər məsələlərlə bağlı çıxış edəcəyinə söz verib.
Görüşlərdə iştirak edən çoxsaylı seçicilərin sözlərinə görə, bundan əvvəlki seçkilərə qatılan Çingiz Qənizadə onları ləyaqətlə təmsil etmiş, mütəmadi olaraq kəndə gəlmiş, seçicilərini dinləmiş, onların ərizə və şikayətlərinə diqqətlə yanaşmış, hər il kəndlərdə görüşlər keçirib. Ona görə də seçicilər bu dəfə də namizədləri olan Çingiz Qənizadəyə səs verəcəklərini bildiriblər.
Daha sonra sakinlər Bakı-Horadiz dəmir yolu xəttinin kəndlərin yaxınlığından keçməsini nəzərə alaraq həmin ərazidə əvvəllər fəaliyyət göstərən stansiyada qatarın 2 dəqiqə dayanmasını xahiş ediblər. Bununla bağlı deputatlığa namizəd Çingiz Qənizadə məsələnin müsbət həlli üçün çalışacağına söz verib.
Sonda seçicilər çıxış edən Çingiz Qənizadəni alqışlayıblar.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər