BolgeXeber.Com » Ölkə » Sabunçu məktəblərində uşaq oğurluğuna cəhd? - FOTO+SƏS YAZISI

Sabunçu məktəblərində uşaq oğurluğuna cəhd? - FOTO+SƏS YAZISI

24-01-2020, 09:17
Oxunub: 2 966 Sabunçu məktəblərində uşaq oğurluğuna cəhd? - FOTO+SƏS YAZISISabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 96 saylı məktəbin valideynləri məktəbə uşaq oğurluğu məqsədilə gələn qadın haqda məlumat paylaşıblar.

AFN xəbər verir ki, valideynlərin votsapp qruplarında paylaşılan səs yazısında bildirilir ki, 96 saylı məktəbin qarşısına gələn qadın (fotogörüntüləri də əlavə edilib-red.) guya nəvəsi üçün gəldiyini deyir, əslində isə məktəbli qızları aldadaraq aparmaq məqsədi güdür: "Maşında 3 nəfər kişi oturub, bu qadın da qız uşaqlarına "telefon verəcəm" deyə aldadaraq aparmaq istəyib. Valideynləyin müdaxiləsindən sonra niyyətinə çata bilməyib".

Valideynlər AFN-ə açıqlamalarında onu da bildiriblər ki, fotodakı qadın Sabunçuda yerləşən bir neçə məktəbdə görünüb: "Mənim övladım 67 saylı orta məktəbdə oxuyur, deyilənə görə, orada da görünüb bu qadın".

Qeyd edək ki, görüntülərdəki xanımı tanımırıq və ona ulaşmaq imkanlarımız 0-dır. Gecə saatları olduğu üçün müvafiq qurumlarla da əlaqə saxlamaq imkanımız olmadı. Gün ərzində məsələ ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.

Sabunçu məktəblərində uşaq oğurluğuna cəhd? - FOTO+SƏS YAZISI
Sabunçu məktəblərində uşaq oğurluğuna cəhd? - FOTO+SƏS YAZISI