BolgeXeber.Com » Ölkə » Azərbaycanda zəlzələ baş verdi

Azərbaycanda zəlzələ baş verdi

27-01-2020, 10:51
Oxunub: 3 747 Azərbaycanda zəlzələ baş verdiYanvarın 27-də Mingəçevir şəhəri ərazisində maqnitudası 3,4 olan zəlzələ baş verib.

Bolgexeber.com xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 05:35-də Mingəçevir stansiyasindan 10 kilometr şimal-qərbdə qeydə alınıb. Ocağı 28 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.