BolgeXeber.Com » Ölkə » Tağı Əhmədovun metro üstündə tikintisinə icazə verdiyi binalar – Foto

Tağı Əhmədovun metro üstündə tikintisinə icazə verdiyi binalar – Foto

1-02-2020, 10:20
Oxunub: 10 023 Tağı Əhmədovun metro üstündə tikintisinə icazə verdiyi binalar – FotoXəbər verdiyimiz kimi, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov “Space” TV-nin “Sadə həqiqətlər” verilişinin qonağı olub

O, bildirib ki, rəis olduğu müddətdə Xətai metrostansiyasının yanında sahibkar 21 mərtəbəli bina tikmək üçün onun yanına gəlib. Sabiq rəis isə sahibkara deyib ki, 21 mərtəbəli binanı tikmək üçün haqqı olan məbləğ budur.

Bolgexeber.com xəbər verir ki, Unikal.org sözügedən bina ilə bağlı araşdırma aparıb. Məlum olub ki, sabiq metro rəisinin dediyi paytaxtın Xətai rayonu Xocalı prospektində yerləşən “Demirchi Tower”in binasıdır. Tikintisinə 2011-ci ildə başlanılan biznes mərkəzi 2013-cü ildə istifadəyə verilib.

Xatırladaq ki, Bakı Metropoliteninin sabiq rəisi T.Əhmədov Sahil metrostansiyasının üzərində də yüksəkmərtəbəli bina tikilməsinə razılıq verib. 2014-cü ildə Sahil Ticarət Mərkəzində yanğın olarkən Tağı Əhmədov yaşadığı binada baş verən hadisəni öz mənzilinin eyvanından izləyib.

Bundan başqa T.Əhmədov Bakı Metropoliteninin rəisi olduğu dövrdə metronun Nərimanov stansiyasının mühafizə zolağında “Oksigen” Klinikasının tikintisinə də icazə verib.