Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası açıqlandı
4-02-2020, 14:21
Oxunub: 4 627
Bu ilin yanvar ayı ərzində Azərbaycanda və onun ətraf bölgələrində baş verən zəlzələlərin sayı açıqlanıb.
Bolgexeber.com xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ötən müddətdə ölkədə 550-560 təkanın qeydə alındığını bildirib.
Onun sözlərinə görə, ölkə ərazisində hər gün təkanlar olur: "Yanvar ayında Azərbaycanda maqnitudası 3-dən yuxarı olan 4 təkan baş verib. Bu zəlzələlər Xəzər dənizində və Mingəçevirdə olub. Dərində olduğuna görə bu zəlzələlər hiss edilməyib".
Direktor vurğulayıb ki, Mingəçevirdəki təkanlar dərində olduğundan hiss edilməyib: "Əgər həmin zəlzələ bir az dayazda olsaydı, orada böyük fəsadlar baş verərdi. Çünki Mingəçevir indiyədək seysmoloji baxımdan tam öyrənilməyib. İndiyədək bu məsələ daim gündəmə gətirilsə də, heç bir tədqiqat aparılmayıb. Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır, çünki oradakı su hövzəsinin altından birbaşa qırılmalar keçir. Həmin zəlzələ də hövzənin içində olub".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər